Ermənistanda son illərin ən böyük narkotik əməliyyatı - VİDEO

 Ermənistanda son illərin ən böyük narkotik əməliyyatı -  VİDEO
  03 Mart 2021    Oxunub:3125
Ermənistan Dövlət Gəlirləri Komitəsinin Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı mübarizə idarəsinin əməkdaşları İrəvanda İrandan gətirilən misli görünməmiş miqdarda narkotik vasitələr aşkarlayıblar.
Azvision.az erməni KİV-lərinə istinadla xəbər verir ki, ümumi çəkisi 365 kiloqram olan heroin maya görünüşündə 33 qutuda qablaşdırılıb. Heroin partiyasının ümumi dəyəri 45 milyon dollardır, narkotiklərin Avropaya daşınması planlaşdırılırdı.

Komitə bunu ümumilikdə bölgə üçün görünməmiş miqyasda "tapıntı" adlandırıb. Bu, Ermənistan hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən 2014-cü ildən bəri aşkarlanan ən böyük qaçaqmalçılıqdır.

Faktla əlaqədar cinayət işi açılıb. Altı nəfər - müxtəlif ölkələrin vətəndaşları nəzarətə alınıb. Hüquq-mühafizə orqanları cinayətdə iştirak edən şəxslərin dairələrini müəyyən etməyə çalışır.



Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan   Narkotik  





Xəbər lenti