Ermənistanda baş qərargah rəisinin həbsinə hazırlıq gedir

    Ermənistanda baş qərargah rəisinin həbsinə hazırlıq gedir
  03 Mart 2021    Oxunub:2352
Ermənistan hüquq-mühafizə orqanları silahlı qüvvələrin baş qərargah rəisi Onik Qasparyanı həbs etmək üçün əsas hazırlayır.
Azvision.az xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb.

Məlumatda hökumətdəki mənbələrə istinadla Qasparyana qarşı cinayət işinin açılmasına dair siyasi komanda verildiyi bildirilir. Hələlik digər mənbələrdən bu barədə informasiya verilməyib.

Ermənistanda son günlər dərin siyasi böhran hökm sürməkdədir. Böhrana baş qərargahın baş nazir Nikol Paşinyanın istefa verməsini tələb edən bəyanatı və bunun ardınca baş qərargah rəisinin birinci müavini Tiran Xaçatryanın vəzifədən azad edilməsi səbəb olub. Daha sonra Paşinyan baş qərargah rəisi Onik Qasparyanın da vəzifəsindən kənarlaşdırılması təklifi ilə prezidentə iki dəfə müraciət edib. Lakin prezident hər iki halda bu barədə sərəncam imzalamaqdan boyun qaçırıb.

Paşinyan martın 1-də respublika meydanında keçirilən mitinqdə çıxışı zamanı sabiq prezident Serj Sarkisyanı və keçmiş hakimiyyəti ordunu qanuni hakimiyyətin əleyhinə qaldırmağa cəhd göstərməkdə ittiham edib.

Azvision.az


Teqlər: Ermənistan  





Xəbər lenti