319 yeni yoluxma qeydə alındı, 5 nəfər vəfat etdi

 319 yeni yoluxma qeydə alındı,  5 nəfər vəfat etdi
  03 Mart 2021    Oxunub:2828
Azərbaycan Respublikasında koronavirus infeksiyasından 161 nəfər müalicə olunaraq sağalıb, 319 yeni yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Azvision.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 5 nəfər vəfat edib.
Hazırkı dövrədək ölkəmizdə 235 min 333 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 229 min 143 nəfər müalicə olunaraq sağalıb, 3230 nəfər vəfat edib. Aktiv xəstə sayı 2960 nəfərdir.

Ötən müddət ərzində 2 milyon 618 min 808 test aparılıb. Bugünkü test sayı isə 7928-dir.



Azvision.az


Teqlər: Koronavirus   COVID-19  





Xəbər lenti