Nazirlərin təxirə salınan görüşü tezliklə baş tutacaq

  03 Mart 2021    Oxunub : 1794
 Nazirlərin təxirə salınan görüşü tezliklə baş tutacaq
Azərbaycan, Türkiyə və Gürcüstan XİN rəhbərlərinin təxirə salınan üçtərəfli görüşü ən qısa vaxtda baş tutacaq.
Azvision.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu gürcüstanlı həmkarı David Zalkaliani ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

Hələlik görüşün dəqiq tarixi məlum deyil.

Qeyd edək ki, bu ilin 19 fevral tarixində Bakıda keçirilməsi nəzərdə tutulan Azərbaycan-Gürcüstan-Türkiyə xarici işlər nazirlərinin üçtərəfli görüşü təxirə salınıb.

Azvision.az

Teqlər: XİN   Nazir   Görüş