520 şəhid ailəsi və qaziyə psixoloji yardım göstərilib

520 şəhid ailəsi və qaziyə psixoloji yardım göstərilib
  03 Mart 2021    Oxunub:2005
Müharibənin ilk günlərindən cəbhə bölgəsinə yaxın ərazilərdə psixoloji dəstəyə ehtiyacı olan qazilər üçün psixoloji yardım proqramına başlanılıb. Həmin bölgədə, xüsusilə Naftalanda 100-dən çox qaziyə psixoloji yardım göstərilib.
Bunu Azvision.az -a Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Reabilitasiya və İstehsalatın Təşkili Departamentinin direktoru Çingiz Hacıyev deyib. Onun sözlərinə görə, həmin dövrdə hələ müharibə davam edirdi.

“Postmüharibə dövründə də qazilər, onların yaxınları, şəhid ailəsinin üzvləri, müharibədən zərərçəkmiş insanlar üçün psixoloji sosial dəstək proqramı icra edilib və onların ehtiyacları aşkarlanıb. Ümumilikdə bu günə qədər Azərbaycanda 520 nəfər qazi, şəhid ailəsi üzvlərinə psixoloji dəstək seansı göstərilib”.

Ç.Hacıyev əlavə edib ki, müvafiq qurumların birgə əməkdaşlığı sayəsində həmin şəxslərin ehtiyacları birlikdə müəyyən edilib.

“Psixoloji dəstək seansları nəticəsində kəkələyən insanların dillərinin açılması, psixoloji depressiv vəziyyətə düşən insanların daha nikbin olmasına nail olunub”.

Aytən Zəhra
Azvision.az


Teqlər: Qazi   Psixoloji-yardım  





Xəbər lenti