Qarabağ ermənilərindən Ermənistana etiraz

 Qarabağ ermənilərindən Ermənistana etiraz
  03 Mart 2021    Oxunub:2115
İşğal dövründə Hadrut qəsəbəsinin Taqaser kəndinin qondarma bələdiyyə başçısı olmuş Armen Budaqyan Ermənistanda yaşayan soydaşlarına etirazını bildirib.
Azvision.az xəbər verir ki, o, son vaxtlar Ermənistanda Qarabağ ermənilərinə biganə münasibət göstərildiyi deyib və buna görə narazılığını ifadə edib.

Budaqyan Ermənistanda Qarabağ ermənilərinə gəlmə, "türk" deyənləri Hadrutda oğurluq edən könüllülərlə müqayisə edib.

"Deyirlər ki, Şuşa erməni şəhəri deyil. Şuşanın xəritədəki yerini bilirsinizmi? Heç olmasa, bir dəfə də Şuşada olmusunuzmu?, Qazançı kilsəsində şam yandırmısınız? Biz türk deyilik, erməniyik. Mən də sizə deyə bilərəm ki, türk özünüzsünüz, valideynləriniz türkdür. Amma bunu etməyəcəyəm.

Yeri gəlmişkən, kəndimizə müharibə vaxtı könüllü olduqları iddia edilən bir qrup erməni gəlmişdi. Amma əslində müharibənin qızğın vaxtlarında gələn bu adamlar yaşadığımız kəndi və ətrafdakı bir neçə kəndləri qarət etdilər. Heç bilirsinizmi ki, döyüşlər zamanı nə qədər belə qarət halları baş verdi?

Bir şeyi də xatırladım. 1915-ci ildə Osmanlıdan gələn mühacirləri Ermənistanda bir o qədər də yaxşı qarşılamamışdılar. Onlara türk olduqlarını söyləyirdilər. Yerli ermənilərlə bu mühacirlər arasında uzun illər nikah da olmadı. Bəli, bu gün sizin sayənizdə həmin tarix təkrarlanır".

Tural Tağıyev
Azvision.az


Teqlər: Qarabağ   Ermənistan  





Xəbər lenti