Sarkisyan yenə Qasparyanla görüşdü

  03 Mart 2021    Oxunub : 1842
Sarkisyan yenə Qasparyanla görüşdü
Ermənistan prezidenti Armen Sarkisyan Silahlı Qüvvələrin Baş Qərargah rəisi Onik Qasparyanla görüşüb.
Azvision.az xəbər verir ki, bu barədə Sarkisyanın mətbuat xidməti məlumat yayıb.

Onlar son hadisələrlə əlaqəli gərgin vəziyyəti müzakirə ediblər. Hansı qərarın verilməsindən asılı olmayaraq, ölkənin təhlükəsizliyi və sabitliyinin prioritet olduğu vurğulanıb.

Qeyd edək ki, Ermənistan prezidenti Armen Sarkisyan baş nazir Nikol Paşinyanın Silahlı Qüvvələrin Baş Qərargah rəisini istefaya göndərməsi barədə vəsatətindən iki dəfə imtina edib.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: ArmenSarkisyan