Ermənistanda müxalifətin mitinqi başa çatıb - YENİLƏNİB
Bugünkü mitinqdə 7 minədək insanın iştirak etdiyi bildirilir.
***
Ermənistan parlamentinin binası qarşısında “Vətənin qurtuluşu hərəkatı”nın təşkil etdiyi genişmiqyaslı mitinq başlayıb.
Azvision.az erməni KİV-lərinə istinadla xəbər verir ki, mitinq iştirakçıları baş nazir Nikol Paşinyanın istefasını tələb edirlər.
Əraziyə çox sayda polis qüvvələri cəlb edilib.
Qeyd edək ki, bu gün baş nazir Nikol Paşinyanın parlamentə gələcəyi və hökumət saatında iştirak edəcəyi gözlənilir
Pərvanə Sultanova
Azvision.az
Teqlər: Ermənistan