İrana səfər qaydaları məlum oldu

 İrana səfər qaydaları məlum oldu
  04 Mart 2021    Oxunub:2475
Koronavirusla mübarizə dönəmində İrana səfər qaydaları açıqlanıb.
Bu barədə Azvision.az-a İranın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Bildirilib ki, İran İslam Respublikasının Koronavirusla Mübarizə üzrə Qərargahı tərəfindən qəbul edilmiş qaydalara əsasən, yeni növ COVID-19 virusunun yayılmasının qarşısının alınması məqsədilə İrana səfər etmək istəyən bütün xarici vətəndaşlar, o cümlədən Azərbaycan Respublikası vətəndaşları səfərdən öncə giriş icazələri almalıdılar:

"Bununla əlaqədar İrana səfər etmək istəyən Azərbaycan Respublikası vətəndaşları əvvəlcə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahdan çıxış icazəsi almalı və daha sonra isə İran İslam Respublikasnın Bakıdakı Səfirliyinin Konsulluq Şöbəsinə müraciət etməklə qeydiyyatdan keçərək İrana getmək üçün giriş icazələri almalıdılar".

İran İslam Respublikasnın Bakıdakı Səfirliyinin Konsulluq Şöbəsinin ünvanı: Bakı şəhəri, Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi 269.

Telefonlar: +99412-433-03-11, +99412-434-19-76, +99412-434-03-40

Azvision.az


Teqlər: İran   Səfirlik  





Xəbər lenti