Vazgen Manukyana qarşı cinayət işi açılıb

   Vazgen Manukyana qarşı cinayət işi açılıb
  04 Mart 2021    Oxunub:2189
Ermənistan müxalifətinin baş nazir vəzifəsinə namizədi, “Vətənin qurtuluşu hərəkatı”nın lideri Vazgen Manukyana qarşı cinayət işi açılıb.
Azvision.az xəbər verir ki, Ermənistanın İstintaq Komitəsi tərəfindən Manukyana Cinayət Məcəlləsinin 301-ci maddəsi ilə (hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar) ittiham irəli sürülüb.

Qeyd olunub ki, Vazgen Manukyan bu ilin fevralın 12-də və 20-də Azadlıq Meydanında keçirilən mitinqlərdə açıq şəkildə konstitusiya quruluşunun zorla dəyişdirilməsinə çağırış edib.

Müxalif liderinə üç ilə qədər həbs cəzası verilə bilər.

Azvision.az


Teqlər: VazgenManukyan  





Xəbər lenti