Almaniyada karantin müddəti uzadıldı

Almaniyada karantin müddəti uzadıldı
  04 Mart 2021    Oxunub:2623
Almaniyada koronavirusla bağlı tətbiq edilən karantin rejiminin müddəti martın 28-dək uzadılıb, lakin yumşalmalar da olacaq.
Azvision.az xəbər verir ki, bu barədə kansler Angela Merkel deyib.

"Biz lokdaunun ləğv edilməsi üçün addımlar atmalıyıq, amma bu addımların bizi geri aparmamasına diqqət etməliyik. 2021-ci ilin yazı 2020-ci ilə nisbətən fərqli olacaq", - kansler bildirib.

Qeyd olunub ki, ilk addım olaraq, artıq martın 8-dən etibarən kitab və gül mağazalarının, bağçılıq bazarlarının, kosmetik studiyaların və sürücülük məktəblərinin açılması planlaşdırılır. Martın 22-dən etibarən restoranlar, kinoteatrlar və pərakəndə satış mağazalarının qismən açılması istisna edilmir. Bu, yalnız gigiyenik qaydalara ciddi riayət etməklə mümkün olacaq.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Almaniya   Karantin  





Xəbər lenti