Almaniyada virusdan ölənlərin sayı 71 mini ötüb

Almaniyada virusdan ölənlərin sayı 71 mini ötüb
  04 Mart 2021    Oxunub:2970
Almaniyada son bir gündə 11 912 nəfər koronavirus infeksiyasına yoluxub, 359 pasiyent dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə Robert Kox İnstitutu məlumat yayıb.

İnstitutun açıqlamasına görə, Almaniyada epidemiyanın başlanğıcından bəri 2 471 942
yoluxma halı aşkarlanıb, 71 240 ölüm faktı qeydə alınıb.

İndiyə qədər 2,4 milyondan çox xəstə sağalıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: koronavirus  





Xəbər lenti