Husilər “Saudi Aramco”ya raket zərbələri endirib

Husilər “Saudi Aramco”ya raket zərbələri endirib
  04 Mart 2021    Oxunub:3337
Yəmənli husilər Səudiyyə Ərəbistanı Krallığının dövlət neft və qaz şirkəti olan “Saudi Aramco”nun obyektinə raket zərbələri endirib.
Azvision.az xəbər verir ki, bu barədə “The Jerusalem Post” yazıb.

Husi silahlı qüvvələrinin nümayəndəsi, general Yahya Sariya raketlərin Ciddə şəhərindəki “Saudi Aramco” obyektinə atıldığını və zərbələrin dəqiq olduğunu deyib.

Səudiyyə Ərəbistanı səlahiyyətliləri məlumatı hələ təsdiqləməyib.

Qeyd edək ki, Yəməndə 2014-cü ilin avqust ayından bəri hökumət qüvvələri ilə husi silahlı birləşmələri arasındakı qarşıdurma davam edir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: husilər  





Xəbər lenti