Ötən il Naxçıvanda 4624 uşaq doğulub

  04 Mart 2021    Oxunub : 1196
Ötən il Naxçıvanda 4624 uşaq doğulub
2020-ci ildə muxtar respublikada 4624 körpə doğumu qeydə alınıb.
Azvision.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, doğulanların 2450-i və ya 53 faizini oğlanlar, 2174-ü və ya 47 faizini isə qızlar təşkil edib. Doğulan uşaqlardan 70-i əkiz, 2-si isə üçəm olub. 2020-ci ildə muxtar respublikada doğulan oğlanlarda Yusif, Əli, Hüseyn, Məhəmməd və Uğur, qızlarda isə Zəhra, Fatimə, Nilay, Məryəm və Zeynəb adları üstünlük təşkil edib. Ümumilikdə, son 10 ildə muxtar respublikada 71,5 min uşaq doğulub.

2020-ci ildə ölüm göstəricisi muxtar respublikada əhalinin hər 1000 nəfərinə hesabı ilə 6,2 nəfər olub. 1 yaşa qədər uşaq ölümü göstərici isə hər 1000 doğulana hesabı ilə 3,9 nəfər təşkil edib. Qeydə alınmış bu göstəricilər ölkənin digər iqtisadi rayonları və Bakı şəhəri ilə müqayisədə ən aşağı səviyyədədir.

Anar Kəlbiyev
Azvision.az

Teqlər: Naxçıvan   Uşaq   Doğum