Gənc şairələr Bakıda bir araya gələcək

Gənc şairələr Bakıda bir araya gələcək
  23 Fevral 2014    Oxunub:1137
“Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının təşkilatçılığı ilə 30 ölkədən gənc şairələrin ikinci beynəlxalq forumu keçiriləcək.
Martın 7-dən 9-dək Bakıda “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının təşkilatçılığı ilə gənc şairələrin ikinci beynəlxalq forumu keçiriləcək.

AzVision.az Ans Press -ə istinadən xəbər verir ki, təşkilatın mətbuat xidmətindən bildiriblər ki, artıq forumda iştirak edəcək 30 ölkə üzrə gənc şairələrin seçimi yekunlaşıb. Bu il foruma Almaniya, Böyük Britaniya və İtaliyanı təmsil edəcək gənc şairələr də qatılacaqlar.

“Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqı 2013-cü ildə Bakıda gənc şairələrin birinci beynəlxalq forumunu təşkil edib. Böyük maraq və rezonansa səbəb olan forumda Avropa, Asiya, Afrika ölkələrindən 20-dən çox gənc şairə iştirak edib.

“Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqı bu layihəyə görə Polşada keçirilmiş Şərqi Avropa Təşəbbüsü Konqresinin mədəniyyət üzrə “Ən yaxşı layihə” mükafatını alıb.


Teqlər:





Xəbər lenti