İtkin erməni hərbçilərin valideynləri yenə etiraz edir

İtkin erməni hərbçilərin valideynləri yenə etiraz edir
  04 Mart 2021    Oxunub:4104
Ermənistanın Şirak bölgəsində müharibə zamanı itkin düşmüş əsgərlərin valideynləri bu dəfə fərqli formada etiraz aksiyası keçirirlər.
Azvision.az xəbər verir ki, əvvəllər dövlət binalarının qarşısına toplaşan əsgər valideynləri indi bölgə rəhbərliyinin olduğu inzibati binaya daxil olaraq, orada oturaq aksiyaya başlayıblar.

Dünən günorta saatlarından axşama kimi binanın girişində dəhlizi bağlayan erməni valideynlər övladlarının nə vaxt tapılacağına dair dəqiq cavab tələb ediblər.

Valideynlər bundan sonra aylarla cavab gözləməyəcəklərini, daha sərt tədbirlərə əl atacaqlarını bəyan ediblər.

Tural Tağıyev
Azvision.az


Teqlər: Ermənistan   Aksiya  





Xəbər lenti