Qırğızıstan Prezidentinin “Facebook” hesabı sındırıldı

Qırğızıstan Prezidentinin “Facebook” hesabı sındırıldı
  04 Mart 2021    Oxunub:3339
Naməlum şəxslər Qırğızıstan Prezidenti Sadr Japarovun “Facebook” səhifəsini ələ keçirərək onun adından bir sıra şərhlər paylaşıblar.
Azvision.az xəbər verir ki, bu barədə prezidentin mətbuat katibi Qalina Bayterek bildirib.

"Prezident Sadr Japarovun “Facebook” sosial şəbəkəsindəki şəxsi səhifəsi naməlum şəxslər tərəfindən hücuma məruz qalıb. Onlar müxtəlif səhifələrin altından bu səhifədən istifadə edərək şərhlər yazıblar. Dövlət başçısının “Facebook”dan göndərilən son şərhlərlə heç bir əlaqəsi yoxdur", - mətbuat katibi əlavə edib.

O deyib ki, Japarov cəmiyyətdə səsləndirilən bütün fikirlərə, o cümlədən tənqidi fikirlərə hörmətlə yanaşır, buna görə heç vaxt bu cür açıqlamalar verməz.

Qalina Bayterek konkret hansı açıqlamalardan söhbət getdiyini söyləməyib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: SadrJaparov  





Xəbər lenti