Tac-Mahal bomba təhlükəsinə görə boşaldıldı

Tac-Mahal bomba təhlükəsinə görə boşaldıldı
  04 Mart 2021    Oxunub:3386
Hindistan polisi dünyaca məşhur olan Tac-Mahal məqbərəsində partlayıcı yerləşdirilməsi xəbərlərinin ardından ziyarətçiləri evakuasiya edib.
Azvision.az xəbər verir ki, bu barədə Aqra şəhər polisinin nümayəndəsi “Twitter”də bildirib.

"4 mart 2021-ci il tarixində 8318881301 nömrəsindən Tac-Mahal yaxınlığında bir müddət sonra işə düşəcək bombanın qoyulduğu barədə məlumat alındı. Hindistan Mərkəzi Silahlı Polis Qüvvələri və Aqra polisi partlayıcı maddə axtarmağa başlayıb, hadisə yerinə bombanı məhv edən qrup da çağrılıb", - məlumatda bildirilir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Tac-Mahal  





Xəbər lenti