Ermənistanda koronavirusa yoluxma sayı 173 mini ötdü

 Ermənistanda koronavirusa yoluxma sayı 173 mini ötdü
  04 Mart 2021    Oxunub:2810
Ermənistanda son sutka ərzində daha 491 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub.
Azvision.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, ölkədə COVID-19-a yoluxanların ümumi sayı 173 307 nəfərə yüksəlib.

Ermənistanda koronavirusdan bir gündə 6 nəfər ölüb, bununla pandemiya qurbanlarının sayı 3208-ə çatıb.

Koronavirusa yoluxmuş, lakin digər xəstəliklərdən ölənlərin sayı 820 nəfərdir. Aktiv xəstələrin sayı 5194 nəfər təşkil edir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan  





Xəbər lenti