Xaricdəki soydaşlarımız qazilərə əlil arabaları bağışladı
Əlil arabaları qazilərə çatdırılması üçün müxtəlif qurumlara təhvil verilir. Belə ki, qazilərə paylanılması üçün Salyan rayon İcra Hakimiyyətinə 8 ədəd, Oğuz rayon icra hakimiyyətinə 5 ədəd, Sabunçu rayonundan seçilmiş millət vəkilinə 5 ədəd, Göyçay rayonundan seçilmiş millət vəkilinə 5 ədəd və Yaşat Fonduna 13 ədəd araba təhvil verilib.
Qeyd edək ki, əlil arabalarından 60 ədədi də Naxçıvan Muxtar Respublikasının Bakı şəhərində Daimi Nümayəndəliyi vasitəsi ilə Naxçıvana yola salınıb.
Azvision.az
Teqlər: Diaspora Vətən-Müharibəsi