“Bu, indiyədək aldığım ən mənalı hədiyyələrdən biridir” - İsrail səfiri

“Bu, indiyədək aldığım ən mənalı hədiyyələrdən biridir” -  İsrail səfiri
  04 Mart 2021    Oxunub:6144
Ümumiyyətlə şokoladı xoşlamıram, amma bu “Snickers” indiyə qədər aldığım ən mənalı hədiyyələrdən biridir.

Azvision.az xəbər verir ki, bunu “Tvitter” hesabında İsrailin Azərbaycandakı səfiri Corc Dik qazi Arif Hacıyevdən aldığı şokoladla bərabər foto paylaşaraq yazıb.
“Arif müharibədə görmə qabiliyyətini itirdi. O, görmürdü. İsraildən gələn humanitar həkim heyətinin əməliyyatından sonra görmə qabiliyyəti bərpa olunub. Bu, "Snickers"lə Arif təşəkkürünü ifadə edir", - deyə diplomat bildirib.

Xatırladaq ki, Vətən müharibəsi iştirakçısı Arif Hacıyev müharibə zamanı aldığı zədədən huşunu itirib, eyni zamanda bir gözündən yara alıb. İsrailli həkim tərəfindən onun üçqat prosedur əməliyyatı gerçəkləşib.

Qazinin gözünün içərisinə okulyar linza yerləşdirilib və israilli donordan təzə bir kornea (transplantasiya edilmiş göz bəbəyi) köçürülüb.

Əməliyyatdan öncə qazimizin bir gözünün görmə qabiliyyəti tamamilə itmişdi. Həyata keçirilmiş uğurlu əməliyyat nəticəsində qazimizin həmin gözünün görmə qabiliyyəti bərpa edilib və 20 faizə yüksəlib. Onun sağalma prosesi getdikcə daha da yaxşılaşacaq.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: CorcDik  





Xəbər lenti