Rusiyada koronavirusdan daha 475 nəfər öldü

Rusiyada koronavirusdan daha 475 nəfər öldü
  04 Mart 2021    Oxunub:2737
Rusiyada son sutka ərzində koronavirusa 11 385 yeni yoluxma halı qeydə alınıb.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, ölkə üzrə virusa yoluxanların sayı 4 290 135 nəfərə çatıb.

Rusiyada son bir gündə 475 pasiyent vəfat edib, pandemiya qurbanlarının ümumi sayı 87 823 nəfərdir. İndiyədək 3 869 857 xəstə sağalıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxma hallarının sayına görə dünyada dördüncü yerdədir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Rusiya   Koronavirus  





Xəbər lenti