Ermənistanı qarışdıran general yenidən işə qayıtmaq istəyir

Ermənistanı qarışdıran general yenidən işə qayıtmaq istəyir
  04 Mart 2021    Oxunub:3883
Ermənistanın milli qəhrəmanı, bu yaxınlarda Baş Qərargah rəisinin birinci müavini vəzifəsindən azad edilən general-leytenant Tiran Xaçatryan, prezidentin onun işdən çıxarılması barədə sərəncamının qüvvədən düşməsi tələbi ilə məhkəməyə müraciət edib.
Azvision.az xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb.

Xaçatryan 3 mart tarixində məhkəməyə müraciət edib. Baş nazirin ofisi və Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı üçüncü tərəf qismində prosesə cəlb olunub.

Azərbaycan və Ermənistan öz sərhəd xidmətlərini paralel yerləşdirəcək
Qeyd edək ki, prezident Armen Sarkisyan Xaçatryanın istefası barədə qərarı baş nazir Nikol Paşinyanın təklifi ilə 24 fevral tarixində qəbul edib. Mətbuat onun işdən çıxarılmağının səbəbini Paşinyanın döyüş əməliyyatları zamanı "İsgəndər" raketlərinin 10% partladığı barədə açıqlamasına verdiyi reaksiya ilə əlaqələndirib.

Belə ki, Xaçatryan jurnalistin bununla bağlı sualına gülüb və bu cür açıqlamaların sadəcə ciddi olmadığını qeyd edib: "Əlbəttə ki, mümkün deyilş Necə? İsgəndər? Bir atış? 10%? .. Bağışlayın, amma bu ciddi deyil".

Xaçatryan vəzifəsindən azad edildikdən sonra Baş Qərargah 40-dan çox yüksək rütbəli hərbçinin imzası ilə bəyanat yayıb. Bəyanatda baş nazirin istefası tələb olunub. Bunun ardınca Paşinyan Onik Qasparyanın istefası barədə təqdimat versə də, prezident Sarkisyan hələ də onu imzalamayıb. Bu proseslər fonunda Ermənistanda daxili siyasi vəziyyət gərginləşib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan   General  





Xəbər lenti