Manukyan ölkəni tərk edə bilməyəcək

Manukyan ölkəni tərk edə bilməyəcək
  04 Mart 2021    Oxunub:2906
Ermənistan müxalifətinin baş nazir vəzifəsinə vahid namizədi Vazgen Manukyandan ölkəni tərk etməmək barədə iltizam alınıb.
Azvision.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Məlumata görə, bu gün Manukyan İstintaq Komitəsinə çağırılıb. O, Ermənistanda konstitusiya qurluşunun zorla dəyişdirilməsi, hakimiyyəti ələ keçirmə və ölkənin ərazi bütövlüyünü pozmağa çağırış etməkdə ittiham olunur.

Manukyan bu çağrışları fevralın 12-də və 20-də baş nazir Nikol Paşinyanın istefası tələbi ilə keçirilən mitinqdlərdə səsləndirib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: VazgenManukyan  





Xəbər lenti