“2 min hərbçinin cəsədinin DNT müayinəsi aparılıb” - Erməni nazir

 “2 min hərbçinin cəsədinin DNT müayinəsi aparılıb” -  Erməni nazir
  04 Mart 2021    Oxunub:3785
Ermənistanda Qarabağ döyüşlərində ölən əsgərlərin cəsədlərinin və qalıqlarının DNT analizi ilə tanınması üçün iki min prosedur həyata keçirilib.

Azvision.az xəbər verir ki, bu barədə Ermənistanın səhiyyə naziri Anahit Avanesyan deyib.
Onun sözlərinə görə, müayinədən keçmək üçün az sayda hərbi qulluqçunun nümunələri qalıb. Erməni nazir analizlərlə bağlı bir sıra şikayətlər alqıdlarını, onların araşdırıldığını bildirib.

Qeyd edək ki, Səhiyyə Nazirliyi daha əvvəl ötən ilin 27 sentyabrından 13 fevral 2021-ci il tarixinə qədər 3577 cəsədin müayindən keçdiyini açıqlayıb.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Ermənistan  





Xəbər lenti