“Qazilərin protez üçün xaricə getməsinə ehtiyac yoxdur” - AÇIQLAMA

  04 Mart 2021    Oxunub : 2004
 “Qazilərin protez üçün xaricə getməsinə ehtiyac yoxdur” -  AÇIQLAMA
“Protez Ortopedik İstehsalat Mərkəzinin imkanları xaricində olan heç bir proses yoxdur. Biz tam keyfiyyət və həcm olaraq, ən yaxşı protezlərlə təmin etmək iqtidarındayıq. Azərbaycanın bugünkü tələbatını qarşılayacaq səviyyədəyik”.
Bunu Azvision.az -a Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Reabilitasiya və İstehsalatın Təşkili Departamentinin direktoru Çingiz Hacıyev deyib.

Onun sözlərinə görə, Vətən Müharibəsi qazilərinin protezləşdirmə üçün xarici ölkələrə getməsinə ehtiyac yoxdur.

“Azərbaycanda kifayət qədər mütəxəssis və avadanlıqlar var. Protezləşməyə ehtiyacı olmayan qazilərin də müalicəyə görə xaricə getməsinə ehtiyac yoxdur. Qazilərin digər əlillik statusu alan qazilərlə bağlı bütün reabilitasiya tədbirlərinin daxili imkanlar hesabına həyata keçirmək olar”.

Aytən Zəhra
Azvision.az

Teqlər: Qazi   Protez