“Koçaryan Rusiyanın böyük dostudur” - Putinin sözçüsü

 “Koçaryan Rusiyanın böyük dostudur” -  Putinin sözçüsü
  04 Mart 2021    Oxunub:3234
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ermənistanın keçmiş prezidenti Robert Koçaryanı dost siyasətçi adlandırıb.
Azvision.az xəbər verir ki, bu barədə Peskov jurnalistlərə açıqlamasında deyib.

O, Koçaryanın Ermənistanın siyasi həyatında iştirak etmək istəyi ilə bağlı hərəkətlərini Moskva ilə koordinasiya etdiyinə dair fikirləri absurd hesab edir.

Bundan əvvəl, Ermənistanın keçmiş prezidenti Robert Koçaryan yenidən ölkədəki ən yüksək vəzifəyə iddia etməyə hazır olduğunu bildirib.

"Ermənistandakı siyasi proses iştirakçılarının qərarlarını Rusiya prezidenti ilə razılaşdırmalarına ehtiyacları yoxdur. Bu, məsələnin tamamilə absurd qoyuluşudur. Koçaryan özü, əlbəttə ki, Rusiyanın böyük dostudur. Rusiya Federasiyası ilə əməkdaşlığın daha da inkişaf etdirilməsinin və möhkəmləndirilməsinin tərəfdarıdır. O, ölkəsinin inkişafı üçün çox səy göstərən bir insandır və ümumilikdə qeyd etməkdən məmnunuq ki, erməni siyasətçilərinin böyük əksəriyyəti ölkəmizlə, Rusiya ilə əlaqələrin daha da gücləndirilməsinin tərəfdarıdır. Bu, bizim üçün əsasdır”, - Peskov əlavə edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: RobertKoçaryan  





Xəbər lenti