Qarabağda reabilitasiya mərkəzləri yaradıla bilər

 Qarabağda reabilitasiya mərkəzləri yaradıla bilər
  04 Mart 2021    Oxunub:3814
Bu ilin əvvəlində 250 yataqlıq Şağan Reabilitasiya Pansionatının açılışı oldu. Cari ildə Şəmkir və Qəbələdə hər biri 25 çarpayılıq olmaqla, 2 uşaq Reabilitasiya Mərkəzinin açılması planlaşdırılır.
Bunu Azvision.az -a  açıqlamasında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Reabilitasiya və İstehsalatın Təşkili Departamentinin direktoru Çingiz Hacıyev deyib.

Onun sözlərinə görə, işğaldan azad olunmuş ərazilərdə də reabilitasiya mərkəzləri yaradıla bilər:

"Düşünürəm ki, belə ərazilərdə reabilitasiya mərkəzləri yaratmaq olar. Bununla bağlı planlar var və artıq təkliflər təqdim edilib. Təkliflər qəbul olarsa, həmin bölgələrdə reabilitasiya xidmətinin təşkili üçün mərkəzlər yaradılacaq".

Aytən Zəhra
Azvision.az


Teqlər: Reabilitasiyamərkəzi  





Xəbər lenti