Ermənistanda hərbçilər aksiyaya başlayır

Ermənistanda hərbçilər aksiyaya başlayır
  04 Mart 2021    Oxunub:3649
Ermənistanda hərbçilərin Silahlı Qüvvələrin Baş Qərargah rəisi Onik Qasparyana dəstək aksiyası keçiriləcək.
Azvision.az "News.am"a istinadla xəbər verir ki, aksiya martın 6-da saat 13:00-da başlayacaq.

“Müdafiə Nazirliyinin 51191 saylı hərbi hissəsinin keçmiş əsgərləri, əziz silahdaşlarımız, hər kəsi komandirimiz Onik Qasparyana və Ermənistan ordusuna dəstək mitinqinə dəvət edirik. Aksiya 6 mart saat 13: 00-da Müdafiə Nazirliyinin binası qarşısında baş tutacaq.

Hörmətli həmvətənlər, Ermənistan ordusu qaziləri, ehtiyatda olan hərbi qulluqçular, ümid edirik ki, siz də çağırılan mitinqə qoşulacaqsınız. Ordumuzun, komandirimizin bu gün bizə ehtiyacı var. Şənbə günü sizi gözləyirik”, - deyə hərbçilərin müraciətində qeyd olunub.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: aksiya  





Xəbər lenti