Azərbaycanda gips əsaslı məmulatlar zavodu açılacaq

Azərbaycanda gips əsaslı məmulatlar zavodu açılacaq
  04 Mart 2021    Oxunub:2582
Yaxın vaxtlarda Qaradağ rayonunda gips əsaslı məmulatlar zavodu istifadəyə veriləcək.
İqtisadiyyat Nazirliyindən Azvision.az -a verilən məlumata görə, hazırda zavodda son tamamlama işləri aparılır.

İldə 8 mln. kvadrat metr gips məmulatlar (alçipan) istehsal etmək gücündə olan zavodda 100 iş yeri açılacaq.

Ümumi investisiya dəyəri 23 mln. manat olan layihəyə Nazirlik tərəfindən investisiya təşviqi sənədi verilib.

Azvision.az


Teqlər: Gips   Zavod  





Xəbər lenti