BŞTİ-nin kollektivi vaksinasiyaya qoşuldu

BŞTİ-nin kollektivi vaksinasiyaya qoşuldu
  04 Mart 2021    Oxunub:3216
“Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq Bakı Şəhər Təhsil İdarəsinin kollektivi vaksinasiya prosesinə qoşulub.
İdarədən Azvision.az -a verilən məlumata görə, modul tipli xəstəxanada həyata keçirilən vaksinasiya prosesinə BŞTİ-nin müdiri Mehriban Vəliyeva və müvafiq əməkdaşlar cəlb olunub.

Qeyd edək ki 3 mart 2021-ci il tarixindən paytaxtda təhsil müəssisələrinin pedaqoji və texniki heyəti üçün də vaksinasiya prosesinə start verilib. Bu məqsədlə Bakı şəhərində yerləşən ümumtəhsil məktəblərində 10 peyvənd məntəqəsi yaradılıb. Vaksinasiya prosesinə paytaxt üzrə 20 000 nəfərə yaxın pedaqoji və texniki heyət üzvünün cəlb olunması nəzərdə tutulur.

Onu da qeyd edək ki, koronavirus pandemiyası şəraitində normal iş mühitinin davam etdirilməsini istəyən və sağlamlıqlarına həssas yanaşan təhsil işçiləri vaksinasiya prosesində fəal iştirak edirlər.

Azvision.az


Teqlər: Vaksinasiya  





Xəbər lenti