İrana müalicə üçün bu şərtlərlə getmək mümkün olacaq
Qeyd olunub ki, bununla əlaqədar müayinə və müalicə məqsədi ilə İrana səfər etmək istəyən Azərbaycan vətəndaşları İranın Bakıdakı səfirliyinin Konsulluq şöbəsinə müraciət etməklə qeydiyyatdan keçərək İrana getmək üçün giriş icazələri ala bilərlər.
Bu prosesdə bəzi şərtlər yerinə yetirilməlidir:
- İrana getmək məqsədi ilə giriş icazəsi almaq istəyən şəxslər səfirliyin Konsulluq şöbəsinə müraciət edərkən İranın tibb müəssisələrindən aldıqları qəbul və müalicə sənədini təqdim etməlidir.
- Giriş icazəsi almış şəxslər İrana daxil olarkən son 72 saat ərzində Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiqlənmiş tibb müəssisələrinin birindən aldıqları sağlamlıq haqqında arayışı (səyahətçinin koronavirusa yoluxmadığına dair PZR testinin nəticəsini) mütləq şəkildə təqdim etməlidir.
İran İslam Respublikasının Bakıdakı səfirliyinin konsulluq şöbəsinin ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi 269.
Telefonlar: +99412-433-03-11, +99412-434-19-76.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: İran