Beş partiya YAP-a qoşulmaqla bağlı qərar verib
Milli Qurtuluş Partiyasının (MQP) V qurultayında partiya başqanı Vüqar Oruc partiyanın fəaliyyətinə xitam verilməsi və kollektiv şəkildə Yeni Azərbaycan Partiyasına qoşulması təşəbbüsü ilə çıxış edib və məsələ gündəliyə salınıb. Məsələ səsə qoyulub və partiya üzvləri yekdilliklə Milli Qurtuluş Partiyasının kollektiv şəkildə Yeni Azərbaycan Partiyasına qoşulması ilə bağlı qərar qəbul ediblər.
Azərbaycan Xalq Demokratik Partiyası da Yeni Azərbaycan Partiyasına (YAP) qoşulur. Partiyanın sədri Rafiq Turabxanın sözlərinə görə, dünən partiyanın videokonfrans formatında keçirilən qurultayında bununla bağlı qərar qəbul edilib.
Həmçinin, Azərbaycan Demokratik Sahibkarlar Partiyası da YAP-a qoşulmaq üçün müraciət edib. Partiyanın sədri Qasım Qasımov məlumatı təsdiqləyib. Onun sözlərinə görə, bu barədə qərar martın 2-də partiyanın videokonfrans formatında keçirilmiş qurultayında qəbul edilib.
Məlumatda qeyd olunub ki, Yurddaş və Milli Qurtuluş partiyaları da YAP-a qoşulmaq qərarı verib. Daha bir neçə partiyanın da YAP-a birləşmək üçün müraciət etdiyi barədə məlumatlar var.
Azvision.az