Ermənistan Ombudsmanı vəkillərlə bağlı həyəcan təbili çaldı |
Məktubda həmin şəxslərin insan hüquqlarının müdafiəsinin Azərbaycan Ombudsmanının diqqətində olduğu, ombudsmanın həmin şəxslərin saxlandığı yerə başçəkmə keçirdiyi və onlarla rəftar məsələlərini araşdırmaq üçün konfidensial qaydada görüşdüyü bildirilib.
Məktubda, həmçinin AOİ üzvlərinin diqqətinə çatdırılıb ki, Azərbaycan beynəlxalq hüquqa uyğun olaraq öz ərazilərini işğaldan azad edib və ərazi bütövlüyünü təmin edib. 2020-ci il 10 noyabr tarixində imzalanmış birgə bəyanata əsasən, Azərbaycan bütün hərbi əsirləri Ermənistana qaytarıb.
Ombudsmanın məktubunda Y.Ziqelin Azərbaycana qarşı qərəzli münasibətini sübut edən məqamlara da toxunulub. Bəyanatın 26 fevral tarixində verildiyi və bu günün Azərbaycanda Ermənistanın hərbi-siyasi rəhbərliyi tərəfindən 26 fevral 1992-ci ildə törədilmiş Xocalı soyqırımının anım tarixi olduğu vurğulanıb. Qeyd edilib ki, Azərbaycan ombudsmanı tərəfindən dəfələrlə Y.Ziqelə bu mövzuda bəyanatlar ünvanlansa da, onun tərəfindən bu soyqırımı aktını və ya Ermənistanın işğal siyasətini pisləyən hər hansı bəyanat verilməyib.
Müvəkkil ombudsman təsisatlarının şəbəkəsini təmsil edən AOİ-dəki vəzifəsindən sui-istifadə edərək Y.Ziqelin Ermənistan-Azərbaycan münaqişəsi barədə əsassız və qərəzli bəyanatlar verməsini qəti şəkildə pisləyib.
S.Əliyeva AOİ-nin bütün üzvlərini Y.Ziqelin iki xalq arasında münasibətləri daha da gərginləşdirmək və Ermənistan ictimaiyyətində Azərbaycanafobiyanı dəstəkləməyi məqsəd seçən müəyyən dairələrin marağına xidmət edən qərəzli və siyasiləşmiş bəyanatlarında bu qurumun adını istifadə etməsinə son qoymaq üçün zəruri addımlar atmağa çağırıb.
Azvision.az