Timoşenkonun çıxışı birmənalı qarşılanmadı - VİDEO
“Biz Yuliyanın ölkəni idarə etmək istəyən zaman, 2004-cü il hadisələrinin təkrarlanmasından qorxuruq. O yaxşı danışa bilər, lakin real nəsə etmək gözəl sözlərdən vacibdir. Yuxarı qalxna kimi hamısı varlanır, bizə isə heç nə qalmır” deyə maydan aktivistlərindən biri deyir.
Diər iştrakçı isə tam əksinə Yuliya Timoşenkoya inandığınnı bildirir.
Qeyd edək ki, bu gün Ali Radanın sədrinin seçiləcəyinin və baş nazirin də təsdiqlənəcəyinin gözlənildiyini bildirib.
Deputat Nikolay Tomenko deyib ki, baş nazir postuna Yuliya Timoşenko, Aseniy Yatsenyuk və Petr Poroçenkonun namizədliyi nəzərdən keçirilir.
Ukraynanın inqilab ocağı Maydanda aksiyalar davam edir. Ölkədə hakimiyyət dəyişikliyi baş verməsinə baxmayaraq, insanlar hələ də meydanı boşaltmaq istəmirlər. Xalq yerdə qalan tələblərinin yerinə yetirilməsini, daha doğrusu hər hansı cinayət törətməkdə şübhəli bilinən dövlət məmurlarının cəzalandırılması istəyir.
Ukraynanın rəsmi dövlət agentliyi UNİAN-ın məlumatına görə, deputatlar Oleq Lyaşko və Pavel Petrenko hər hansı cinayət törətməkdə şübhəli bilinən dövlət məmurlarının ölkə sərhədlərini tərk etməsini qadağan edən layihəni Ali Radaya təqdim ediblər. Layihəyə görə, bu sanksiyanın Ukrayna mərkəzi icra hakimiyyəti orqanlarında təmsil olunmuş səlahiyyətli şəxslərə tətbiq edilməsi nəzərdə tutulur. Həmçinin layihədə göstərilib ki, Dövlət Sərhəd Xidməti belə bir cəhd aşkarladığı zaman Ukrayna Ali Radası və hüquq-mühafizə orqanlarını məlumatlandlrmağa borcludur.
Ukrayna Xarici İşlər Nazirliyinin 116 əməkdaşı xarici işlər naziri Leonid Kojaranın ölkıni xaricdə təmsil etməyə mənəvi haqqının olmaması barədə məlumat yayıb. Nazirliyin “facebook” səhifəsində yayılan müraciətdə Ukrayna Ali Radasını bu məsələyə baxmağa çağırılır.
Teqlər: