Azvision.az Bakı Şəhər Statistika İdarəsinin yaydığı məlumata istinadla xəbər verir ki, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin eyni ayı ilə müqayisədə 3,8 faiz artaraq 882,4 milyon manata, qeyri-ərzaq məhsullarının dəyəri isə 4,5 faiz azalaraq 875 milyon manata bərabər olub.
İstehlak məhsullarının 33,7 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 55,5 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 10,8 faizi isə paytaxtın məhsul bazarlarında satılıb.
Azvision.az