İlham Əliyev Ərdoğana başsağlığı verdi

  04 Mart 2021    Oxunub : 2194
 İlham Əliyev Ərdoğana başsağlığı verdi
Martın 4-də Prezident İlham Əliyev Türkiyədə hərbi helikopterin qəzaya uğraması nəticəsində türk əsgərlərinin şəhid olması ilə bağlı Prezident Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu göndərib.
Azvision.az-ın məlumatına görə, dövlətimizin başçısı bu xəbərin onu olduqca kədərləndirdiyini bildirib.

Prezident İlham Əliyev baş vermiş bu faciə ilə əlaqədar Prezident Rəcəb Tayyib Ərdoğana, şəhid olmuş hərbçilərin ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adından və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verib, yaralananlara şəfa diləyib.

Azvision.az

Teqlər: Prezident   İlham-Əliyev   Ərdoğan