Sahibə Qafarovadan Türkiyəyə başsağlığı

Sahibə Qafarovadan Türkiyəyə başsağlığı
  05 Mart 2021    Oxunub:3152
Milli Məclisin sədri Sahibə Qafarova Türkiyədə baş vermiş helikopter qəzası ilə bağlı başsağlığı verib.
Azvision.az xəbər verir ki, bu barədə Parlamentin sədri "Twitter" hesabında paylaşım edib.

"Qardaş Türkiyədə helikopterin qəzaya uğraması nəticəsində 9 övladımız şəhid olub. Bu faciədən dolayı dərin üzüntü keçirdiyimizi ifadə edir, qardaş Türk xalqına, şəhidlərimizin ailələrinə başsağlığı verir, yaralılara Allahdan şəfa diləyirəm”, - deyə S.Qafarova bildirib.

Qeyd edək ki, son məlumatlara görə, qəza nəticəsində həlak olanların sayı 10 nəfərə çatıb.

Azvision.az


Teqlər: SahibəQafarova  





Xəbər lenti