Xocalıda kütləvi məzarlıqda tapılan daha bir nəfərin şəxsiyyəti müəyyənləşib |
Konqres üzvü həmçinin 1994-cü ildə atəşkəs rejiminin əldə edilməsinə rəğmən münaqişənin həll olunmadığını, lakin 2020-ci il müharibəsinin ardınca Ermənistan və Azərbaycanın bira araya gələrək sülh əldə edə biləcəyinə ümidini ifadə edib. Eyni zamanda uzunmüddətli sülh, təhlükəsizlik və regional əməkdaşlığın Cənubi Qafqaz regionu, habelə bütün dünyanın maraqlarına xidmət etdiyi vurğulanıb.
Konqres üzvü Azərbaycanın ABŞ-ın və onun müttəfiqlərinin güclü tərəfdaşı olduğunu qeyd edib. S.Koen bu əməkdaşlığın kütləvi qırğın silahlarının yayılmamasında Azərbaycanın rolu, Balkan yarımadası ölkələri, İraq və Əfqanıstanda Azərbaycan əsgərlərinin ABŞ qüvvələri ilə çiyin-çiyinə xidmət etməsi, koalisiyanın Əfqanıstandakı qüvvələrinin təchizatı üçün Azərbaycan məkanından tranzit məqsədilə istifadəsi, Xəzər dənizindən İtaliyaya Cənub Qaz Dəhlizinin inşası vasitəsilə Avropanın alternativ enerji mənbələri ilə təmin olunması, İsrailin neft istehlakının təxminən 40%-nin Azərbaycan tərəfindən təmin edilməsi kimi sahələri ehtiva etdiyini qeyd edib. Bəyanatda həmçinin Azərbaycandakı yəhudi icması və İsraillə əməkdaşlığa xüsusi vurğulanıb.
Sonda Konqres üzvü bu faciədə həyatını itimiş insanların xatirəsini bir daha yad edərək azərbaycanlıların dərdinə şərik olduğunu qeyd edib.
Azvision.az