Koronavirusa yoluxanların sayı 116 milyonu keçdi

  05 Mart 2021    Oxunub : 1373
 Koronavirusa yoluxanların sayı 116 milyonu keçdi
Dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı artaraq 116 milyon 220 min 912 nəfərə çatıb.

Azvision.az Worldometers saytına istinadən xəbər verir ki, pandemiya qurbanlarının sayı 2 milyon 581 min 693 nəfərdir. İndiyədək 91 milyon 896 min 351 infeksiya daşıyıcısı xəstəlikdən sağalıb.
Koronavirusa yoluxanların sayına görə ABŞ birinci yerdədir. Bu ölkədə 29 526 086 nəfər virusa yoluxub, 533 636 pasiyent dünyasını dəyişib.

İkinci sırada Hindistan gəlir. İndiyədək bu ölkədə 11 173 761 yoluxma qeydə alınıb. Onlardan 157 587 nəfəri vəfat edib.

Üçüncü sırada yer alan Braziliyada pandemiya dövründə 10 796 506 nəfərdə virus aşkar edilib. Xəstələrdən 261 188 nəfəri həyatını itirib.

Dördüncü yerdə qərarlaşan Rusiyada 4 290 135 yoluxma, 87 823 ölüm faktı qeydə alınıb.

Siyahıda beşinci olan Böyük Britaniyada 4 201 358 nəfər virusa yoluxub ki, onlardan 124 025-i ölüb.

Xatırladaq ki, koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. COVID-19 virusu 218 ölkədə qeydə alınıb.

Aytən Zəhra
Azvision.az

Teqlər: Koronavirus   Statistika