Gürcüstanda zəlzələ olub

Gürcüstanda zəlzələ olub
  05 Mart 2021    Oxunub:3349
Bu gün Gürcüstanda 3.2 bal gücündə zəlzələ baş verib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Milli Seysmik Monitorinq Mərkəzi məlumat yayıb.

Yerli vaxtla saat 02:40-da qeydə alınan zəlzələnin episentri Gürcüstan-Rusiya sərhədi yaxınlığındakı Kazbegi kəndindən 20 kilometr şərqdə yerləşib. Zəlzələnin dərinliyi 17 kilometr olub.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Gürcüstan   Zəlzələ  





Xəbər lenti