Daha iki erməni hərbçinin cəsədi təhvil verildi

  05 Mart 2021    Oxunub : 1910
 Daha iki erməni hərbçinin cəsədi təhvil verildi
Ağdərədə 2 erməni hərbçinin cəsədinin qalıqları aşkar edilərək Ermənistan tərəfinə təhvil verilib.

Azvision.az xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat yayıb. Onların kimliyini müəyyənləşdirmək üçün məhkəmə tibbi ekspertizası təyin ediləcək.
Bu gün axtarış işləri Hadrut və Füzuli ərazilərində davam edəcək.

Qeyd edək ki, bu yaxınlarda daha bir erməni hərbçinin cəsədinin qalıqları qarşı tərəfə verilib. Atəşkəsdən bəri axtarışlar zamanı ümumilikdə 1488 erməni cəsədi və qalıqları tapılıb.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Erməni   Cəsəd   Ağdərə