Türkiyəyə göndərilən 4 qazimiz sağalaraq Vətənə qayıtdı - FOTO

   Türkiyəyə göndərilən 4 qazimiz sağalaraq Vətənə qayıtdı -    FOTO
  05 Mart 2021    Oxunub:3235
Ağır yaralanan və müalicə üçün “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilən 4 qazimiz sağalaraq Vətənə geri dönüb.
Azvision.az xəbər verir ki, qazilərimiz Mehtixanov Məhəmməd Biroğlan oğlu, Abdullayev Xəyal Yaşar oğlu, Eminov Aqil Vahid oğlu, Əzməmmədov Şəhriyar Şahməmməd oğlunun Türkiyədəki müalicə proseduru artıq uğurla yekunlaşıb. Onların qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib.

Ölkəmizdəki həkimlərin rəyi nəzərə alınaraq hazırda daha 20 qazimizin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam etdirilir. “YAŞAT” Fondu qazilərimizin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq. Allah qazilərimizə şəfa versin!













Azvision.az


Teqlər: YAŞAT   Fond   Qazi   Türkiyə   Müalicə  





Xəbər lenti