İrəvanın mərkəzinə çoxlu sayda polis və texnikalar gətirildi

İrəvanın mərkəzinə çoxlu sayda polis və texnikalar gətirildi
  05 Mart 2021    Oxunub:3729
Bu gün səhər saatlarında İrəvanın mərkəzinə çoxlu sayda polis və texnikalar gətirilib.
Azvision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, eyni zamanda şəhərin mərkəzində tikanlı məftillər quraşdırılır.

"Polis avtobusları o qədər çoxdur ki, hətta tıxac var. İskov prospekti boyunca tikanlı məftillər gətirilib. Həmin prospektdə, Polis Akademiyasının qarşısındakı küçədə avtomatla silahlanmış polislər növbə çəkir. Əvvəllər belə hal olmayıb", - deyə erməni mətbuatı yazıb.

Qeyd edilib ki, bu gün 27 oktyabr 1999-cu ildə Ermənistan parlamentində baş vermiş terror aktında öldürülən baş nazir Vazgen Sarkisyanın doğum günüdür. Bəlkə də "hazırlıqlar" bu tarixlə əlaqədardır.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: İrəvan  





Xəbər lenti