“Son tendensiya neft ölkələri üçün arzuolunandır” - Vüqar Bayramov
"Aydındır ki, hətta "OPEC+" ölkələri tərəfindən aprel ayında gündəlik neft hasilatı 1,4 milyon barel artırılsa belə bazarda təklif kəskin artmayacaq. Bu isə həmin halda belə qiymət tarazlığının qorunub saxlanılmasına imkan verəcək. Gündəlik neft ixracatı 688,8 min barrel təşkil edən Azərbaycan üçün neftin dünya bazar qiymətinin yüksəlməsi ölkəyə daxil olan valyutanın həcminin artması baxımdan arzuolunandır.
2021-ci ilin dövlət büdcəsində 1 barel neftin qiymətinin 40 dollar müəyyənləşdirildiyini nəzərə alsaq, neftin illik orta qiyməti yüksək olarsa, Dövlət Neft Fonduna daxil olmalar artacaq və valyuta ehtiyatlarımız çoxalacaq. Bu baxımdan, neft bazarındakı son tendensiya bütövlükdə neft ölkələri üçün arzuolunan dəyişiklikdir. Öncə də qeyd etdiyimiz kimi, bütün bununla yanaşı, OPEK+ anlaşmasına rəğmən neftin qiymətinin 2021-ci ildə necə dəyişməsi birbaşa pandemiyanın miqyasından asılı olacaq".
Azvision.az