Komitə sədri Hande Harmancı ilə görüşüb - FOTOLAR
Komitə sədri qeyd edib ki, bu görüş imkan yaradır ki, sizin fəaliyyətinizə dair məlumatlarınızı dinləyək, gələcək işlər barədə danışaq və Dövlət Komitəsinin imkanları çərçivəsində mümkün dəstəyin göstərilməsi haqqında fikir mübadiləsi aparaq. Daha sonra Hande Harmancı səmimi qəbula görə Komitə sədrinə minnətdarlığını bildirərək, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin rolunun vacibliyini vurğuladı. H. Harmancı Dövlət Komitəsi ilə hər zaman əməkdaşlıqdan məmnunluğunu ifadə edib, COVİD-19 pandemiyası dövründə bütün dünyada məişət zorakılığının artdığını qeyd edərək, bu sahədə də hər zaman yardıma hazır olduqlarını nəzərə çatdırıb.
Daha sonra ÜST-ün Azərbaycandakı milli məsləhətçisi Vüqar Məmmədov “Azərbaycanda KT Sektorunun Gücləndirilməsi” layihəsi ilə bağlı təqdimatla çıxış edib, layihənin əsas məqsədinin əhalinin KT əlçatanlığı ilə bağlı mövcud vəziyyətin qiymətləndirilməsi, köməkçi vasitələrin əlçatanlığı üçün effektiv siyasətin tətbiq edilməsi və həyata keçirilməsinə dəstəyin verilməsi olduğunu qeyd edib. Köməkçi Texnologiya sistemlər və xidmətlər daxil olmaqla köməkçi vasitələr ilə əlaqəli mütəşəkkil bilik və bacarıqların tətbiqi olduğunu vurğulayan V.Məmmədov köməkçi vasitənin əsas məqsədinin insanın funksionallığını və cəmiyyətdə inkluzivliyini, yerini qorumaq və ya yaxşılaşdırmaq, onun rifahını bərpa etmək üçün xüsusi istehsal edilmiş və əlçatan hər hansı bir xarici vasitə olduğunu dedi. ÜST-ün hazırladığı sorğunun ən müasir sosioloji tələblər əsasında tərtib olunduğunu bildirən Vüqar Məmmədov qeyd edib ki, sorğu bu günə qədər artıq 40 ölkədə tətbiq olunub.
Həmçinin, Qarabağ və onun ətrafında baş verən münaqişədən bəhs edən V.Məmmədov əlavə edib ki, hazırda ölkəmizdə Köməkçi Texnologiyanın vacibliyinə ehtiyac əvvəlkindən də çoxdur. Görüşün sonunda Bahar Muradova layihədə tərəfdaş olmaqdan məmnunluq duyduğunu və atılan bu addımı alqışladığını bildirib. Görüş zamanı həmçinin qarşılıqlı maraq kəsb edən digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb. Görüşdə ÜST-ün mütəxəssisi Fidan Talışinskaya və Dövlət Komitəsinin Xarici əlaqələr və protokol xidməti şöbəsinin müdiri Səbinə Manafova da iştirak edib.
Azvision.az
Teqlər: Bahar-Muradova ÜST