Azad olunmuş ərazilərdə məşğulluqla bağlı tədbirlər planı təsdiqləndi

  05 Mart 2021    Oxunub : 1187
 Azad olunmuş ərazilərdə məşğulluqla bağlı tədbirlər planı təsdiqləndi
“İşğaldan azad edilmiş rayonlarda özünəməşğulluq proqramının fəaliyyəti ilə bağlı agentlik çərçivəsində xüsusi bir işçi qrupu yaradılıb”.
Azvision.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli bildirib.

Onun sözlərinə görə, işğaldan azad olunan və sərhədyanı ərazilərdə özünəməşğulluq proqramının fəaliyyəti ilə bağlı tədbirlər planı təsdiq olunub:

“Bu, plan çərçivəsində işğaldan azad olunan, sərhədyanı ərazilər və düşmən terroru nəticəsində əziyyət çəkən Gəncə, Bərdə və Tərtər şəhərləri üzrə xüsusi tədbirlər planı var. Özünəməşğulluq, ictimai işlərin təşkili və digər aktiv məşğulluq tədbirlərinin böyük bir hissəsi bu regionlar üzrə nəzərdə tutulub”.

Azvision.az

Teqlər: Qarabağ   Plan   Nazirlik