Rusiyada koronavirusdan ölüm sayı 88 mini ötdü

Rusiyada koronavirusdan ölüm sayı 88 mini ötdü
  05 Mart 2021    Oxunub:2297
Rusiyada son sutka ərzində koronavirusa 11 024 yeni yoluxma halı qeydə alınıb.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, ölkə üzrə virusa yoluxanların sayı 4 301 159 nəfərə çatıb.

Rusiyada son bir gündə 462 pasiyent vəfat edib, pandemiya qurbanlarının ümumi sayı 88 285 nəfərdir. İndiyədək 3 885 321 xəstə sağalıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxma hallarının sayına görə dünyada dördüncü yerdədir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Rusiya  





Xəbər lenti