“1000-dən çox müəllim peyvənd olunub” - Nazir

  05 Mart 2021    Oxunub : 1996
 “1000-dən çox müəllim peyvənd olunub” -  Nazir
İndiyədək 1000-dən çox müəllimin vaksinasiyası həyata keçirilib.
Azvision.az xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev sosial şəbəkə hesabında yazıb.

Nazir bildirib ki, təhsil işçilərinin vaksinasiyası prosesinin üçüncü günüdür: "Bu müddətdə 1000-dən çox müəllimimizin vaksinasiyası həyata keçirilib. Şagirdlərin davamlı öyrənməsi və təhsil müəssisələrinin mütəmadi fəaliyyətini təmin etmək üçün 50 yaşdan yuxarı pedaqoji və texniki heyətin peyvənd olunması zəruridir. Birlikdə qısa zaman ərzində bu prosesi uğurla başa çatdıracağımıza inanıram".

Azvision.az

Teqlər: Müəllim   Vaksin