Əlillərin işlə təmin edilmə imkanları iki dəfə artacaq

Əlillərin işlə təmin edilmə imkanları iki dəfə artacaq
  05 Mart 2021    Oxunub:2464
Özünəməşğulluq aktivlərinin verilməsi müddətini daim qısaldırıq. Bu il biz ən qısa müddətdə - yaxın 3 ay ərzində aktivlərin verilməsinə başlayacağıq.
Azvision.az xəbər verir ki, bunu Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli deyib. O bildirib ki, postmüharibə dövründə - noyabrdan başlayaraq 2200-dən artıq şəhid ailə üzvlərinə və müharibə qazilərinə müxtəlif növ özünəməməşğulluq və digər məşğulluq tədbirləri həyata keçirilib.

“Bundan əlavə, son aylar ərzində ölkə üzrə bütün işə götürənlərin monitorinqi həyata keçirilib və müəyyən olundu ki, 6 minə yaxın kvota üzrə iş yerlərinin yaradılması imkanı var. Bu, o deməkdir ki, biz əlillərin və digər həssas kateqoriyada olan şəxslərimizin işlə təmin edilməsi imkanlarını iki dəfə artıra bilirik. Bu kifayət qədər yaxşı haldır və yaxın müddətdə prosesə başlayacağıq”.

M.Abbasbəyli, həmçinin qeyd edib ki, peşə hazırlığı istiqamətində yeni yanaşma həyata keçirilir: “Ənənəvi təhsili artırmadan əlavə dövlət-özəl tərəfdaşlığı nəticəsində istiqamətlərə uyğun olaraq ən uğurlu təhsil artırma imkanları olan kursrlarla, şirkətlərlə əməkdaşlıq edəcəyik və inanıram ki, peşə hazırlığı istiqamətində inqilabi dəyişiklik olacaq”.

Aytən Zəhra
Azvision.az


Teqlər:





Xəbər lenti